Polis rəisi hansı səbəbdən intihar etdi… - Nazirlik ARAŞDIRIR

13:48 09.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar etməsinin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis-leytenantı Zeyni Hüseynov hafta.az-a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

DİN rəsmisinin sözlərinə görə, intiharın hansı səbəbdən baş verməsilə bağlı aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.